Dembeledən PSJ açıqlaması

"Barselona"nın hücumçusu Usman Dembele açıqlama verib.

 

Newsport.az xəbər verir ki, adı PSJ ilə hallanan fransalı oyunçu Kataloniya təmsilçisində xoşbəxt olduğunu deyib:

 

"Bir neçə ay əvvəl "Barselona" ilə yeni müqavilə imzaladım. Burada xoşbəxtəm və "Barsa"da davam etmək istəyirəm. PSJ? Xeyr, özümü "Barselona"da yaxşı hiss edirəm. Baş məşqçi Xavi və idarə heyəti mənə güvənir. Onların mənə olan inamından məmnunam".

 

Qeyd edək ki, Usman Dembelenin "Barselona" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına kimidir. 25 yaşlı oyunçu cari mövsümdə İspaniya klubunun heyətində meydana çıxdığı 22 matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right