Ovusu Macarıstan klubu ilə müqavilə imzaladı

"Qarabağ"ın hücumçusu Kvabena Ovusu növbəti mövsümdə karyerasını Macarıstanda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, qanalı forvard bu ölkənin "Ferentsvaroş" klubuna keçib. 25 yaşlı futbolçu klubla 2 illik müqavilə imzalayıb. O, yayda yeni komandasına qoşulacaq.

Qeyd edək ki, "Qarabağ" Kvabena Ovusunu 2020-ci ilin yanvar ayında İspaniyanın "Leqanes" klubundan transfer edib. Futbolçu cari mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 33 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right