Orşiç “Dinamo” Zaqrebdən getdi

"Dinamo"nun (Zaqreb) hücumçusu Mislav Orşiç karyerasını "Sauthempton"da davam etdirəcək.

Newsport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi Zaqreb klubu ilə razılığa gəlib. Razılığa əsasən, bu transfer üçün 6,5 milyon avro təzminat ödəniləcək. "Dinamo" bu transferdən əlavə 1,5 milyon avro bonus da qazana bilər. Tibbi müayinədən keçən Mislav Orşiçin transferinin tezliklə açıqlanacağı gözlənilir.

Bu isə o deməkdir ki, "Dinamo"da çıxış edən millimizi üzvü Mahir Emreli əsas heyətdə daha çox oynamaq fürsəti qazana biləcək.

Qeyd edək ki, "Dinamo" "Sauthempton"un Orşiç üçün göndərdiyi 5 milyon avroluq ilk təklifi müsbət cavablandırmamışdı.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right