"Mançester Yunayted"də yeni qapıçı

"Mançester Yunayted" İngiltərə millisinin sabiq qolkiperi Cek Butlandı heyətinə qatmağa yaxındır.

Newsport.az "The Times"a istinadən xəbər verir ki, İngiltərə klubu "Kristal Pelas"ın qapıçısını icarəyə götürüb.

29 yaşlı qapıçı bu gün Mançesterə yollanaraq həkim müayinəsindən keçəcək.

Butland yayda yenidən "Kristal Pelas"a dönəcək.

Cek Butland 2012-2018-ci illərdə İngiltərə millisində çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right