"Bavariya" isveçrəli ilə müqavilə imzalaya bilər

"Borussiya"nın (Münhenqladbax) qapıçısı Yann Sommer Almaniyada klubunu dəyişəcək.

Newsport.az "Sky Sport"a istinadən xəbər verir ki, isveçrəli qolkiper "Bavariya" ilə müqavilə imzalamağa yaxındır.

Təcrübəli futbolçunun Münhen təmsilçisi ilə 2025-ci ilə qədər müqavilə imzalayacağı ehtimal olunur.

"Bavariya" xizək sürərkən ayağını sındıran və əməliyyat edilərək mövsümü başa vuran Manuel Noyerə əvəzləyici axtarırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right