Nuri Şahin hakimləri futbolçularından qorudu Foto

"Antalyaspor"un baş məşqçisi Nuri Şahin Türkiyə Superliqasının 17-ci turunda "Fənərbaxça" ilə oyunundan sonra görüşün hakimlərini öz futbolçularından müdafiə edib.

Newsport.az "Mirror"a istinadən xəbər verir ki, qarşılaşma zamanı “Antalyaspor”un futbolçuları hakimlikdən narazı qalıblar və hakimlə məsələni həll etməyə çalışıblar. Lakin klubun baş məşqçisi futbolçuların hakimin yanına getməsinə icazə verməyib.

Qeyd edək ki, sözügedən qarşılaşma "Fənərbaxça"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun baş hakimi isə Kadir Sağlam olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right