Silvanın xoşbəxt edən komanda yoldaşı

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komanda yoldaşı Erlinq Haaland haqda danışıb. O, norveçli hücumçunu tərifləyib.

Newsport.az xəbər verir ki, portuqaliyalı ulduz Haalandın “Lids”lə matçdan sonra xoşbəxt görünməməsinə aydınlıq gətirib: “Erlinq həmişə mümkün qədər çox qol vurmaq istəyir. “Lids”lə oyunda dubl etdi, amma razı görünmürdü, çünki daha çox qol vurmaq imkanının olduğunu düşünürdü”.

Silva Haalandın hərəkətlərinə təəccüblənir: “Bəlkə də çılğınlıqdır, çünki başqa biri iki qoldan hədsiz məmnun olardı. Erlinq isə fərqlidir, o, daha çox qol vura biləcəyini düşündüyündən sevinmirdi. Komandaya yardım etmək, hər gün daha yaxşı olmaq üçün çox çalışır, əzmlidir, hər matça fantastik motivasiya olur. Belə bir oyunçumuz olduğu üçün çox xoşbəxtəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right