Millinin veteran forvardı bu komandaya baş məşqçi təyin edildi

İtaliya millisinin veteran forvardı Alberto Cilardinonun "Cenoa"nın baş məşqçisi postuna təyinatı təsdiqlənib. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis dekabrın əvvəlində adıçəkilən klubda baş məşqçi əvəzi çalışırdı. Rəhbərlik onun bu posta təyin edilməsinə razılıq verib.

Onun rəhbərliyi altında komanda üç qələbə qazanıb, bir dəfə bərabərə qalıb.

"Cenoa" B seriyasında turnir cədvəlində 3-cü yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right