Türkiyənin “Alanyaspor” klubu qapıçısı Xose Karlos Marafona ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Marafona 2019/20 mövsümündə Portuqaliyanın “Braqa” klubundan azad agent kimi “Alanyaspor”a keçmişdi. O, bu mövsüm Super Liqa təmsilçisində meydana çıxmaq şansı qazanmayıb.
“Alanyaspor” formasıyla 103 matça çıxan Marafona, qapısından 124 qol buraxıb. O, 25 oyunda isə qapısını toxunulmaz saxlamağı bacarıb.