Millimizin sabiq üzvü yenə meydanı qolsuz tərk etmədi

Latviya 1-ci liqasında 19-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin sabiq futbolçusu Vüqar Əsgərovun çıxış etdiyi "1625 Liepaya" "Preylyu” klubunun qonağı olub.
 
Oyun futbolçumuzun komandasının 4:3 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və 90 dəqiqə mübarizə aparan Vüqar bu görüşdə 2 qol vurub. O, 20-ci dəqiqədə komandasının birinci, 63-cü dəqiqədə isə üçüncü qoluna imza atıb.
 
Qeyd edək ki, bununla Əsgərov yenicə keçdiyi və hər oyununda fərqləndiyi "1625 Liepaya" klubunda qollarının sayını 8-ə çatdırıb. Onun komandası isə 43 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right