"Milan" qapıçı transfer etdi

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, son ölkə çempionu Paraqvayın "Quarani" klubundan Devis Vaskesi transfer edib. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Milan" 24 yaşlı qapıçı ilə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Devis Vaskes 2020-ci ilin yayından "Quarani"də çıxış edirdi. Kolumbiyalı qolkiper komandanın heyətində 31 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right