"Dinamo"dan Mahir Emreli açıqlaması

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya “Dinamo”sundan ayrılmayacaq. 

Newsport.az-ın məlumatına görə, bu barədə Zaqreb təmsilçisinin idman direktoru Marko Vukeliç Sportlife.az-a açıqlamasında məlumat verib.

Klub rəsmisi 25 yaşlı hücumçu barədə yayılan informasiyaları təkzib edib:

“Yalnış məlumatdır. Mahiri icarəyə verməyi düşünmürük. Onun satılması da hazırda müzakirə mövzusu deyil. O, müqavilə ilə “Dinamo”ya məxsusdur və burda qalacaq”.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralından “Dinamo”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right