"Qarabağ"ın futbolçusu Qaspar Panadero özünə klub axtarır.
Newsport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bu məqsədlə ölkəsinə yollanıb. "Qarabağ" əsas komandada heyətə düşə bilməyən 25 ya.lı bingerə özünə yeni klub tapmaq üçün icazə verib.
Qaspar Panadero Sequndada mübarizə aparan “Luqo” klubu ilə mümkün transferini müzakirə edəcək. O, aşağı liqanın digər kubları ilə də danışıqlar apara bilər.
Qeyd edək ki, "Qarabağ" Qaspar Panaderonu 2021-ci ilin yayında "Kadis"dən transfer edib. İspan futbolçu son mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEK klubunda keçirib.