"Qarabağ"ın keçmiş futbolçusu karyerasını bitirdi

"Qarabağ"ın keçmiş futbolçusu Sergey Kravçenko peşəkar karyerasını başa vurub.

Newsport.az xəbər verir ki, bu barədə 39 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi "Çernomorets" klubu məlumat yayıb.

Qeyd edək ki, Sergey Kravçenko 2005-ci ilin iyun ayından 2006-cı ilin martınadək "Qarabağ"da çıxış edib. Ukraynalı futbolçu Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 12 matçda 3 qol vurub. Təcrübəli yarımmüdafiəçi Ukrayna millisinin heyətində 10 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right