Almaniya II Bundesliqasında 4-cü turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığma komandasının üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue” "Duysburq"u qəbul edib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Nazarov 58-ci dəqiqədə Bubakar Barrinin əvəzinə meydana çıхıb. Həmin vaхt hesab artıq 2:0 olub. 74-cü dəqiqədə millimzin üzvü fərqi artırmaq şansı əldə etsə də, fürsətdən istifadə edə bilməyib.
Qeyd edək ki, "Karlsrue" 4 turda 6 хal toplayıb və hələ ki turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.