Türkiyəli tanınmış məşqçi Yılmaz Vuralın yeni iş yeri bəlli olub.
Newsport.az-ın məlumatına görə, 69 yaşlı mütəxəssis I Liqada çalışacaq. Təcrübəli çalışdırıcı "Yeni Malatyaspor"un baş məşqçisi təyin olunub. Tərəflər arasında mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Yılmaz Vuralın son iş yeri "Erzurumspor" olub.