"Borussiya" (Münhenqladbax) və Fransa millisinin hücumçusu Markus Türam komandasını dəyişəcək.
Newsport.az-ın məlumatına görə, PSJ (Fransa), "Mançester Yunayted", "Bavariya" və "İnter" fransalını transfer etmək niyyətindədir.
Türamın adıçəkilən klublardan birinə mövsüm sonu azad agent kimi keçəcəyi gözlənilir.
Forvard bu mövsüm Almaniya Bundesliqasında 15 matçda 10 qol vurub.