Xorvatiya millisinin müdafiəçisi Fransa klubuna keçir

Xorvatiya millisinin və “Zenit”in müdafiəçisi Deyan Lovren karyerasını Fransada davam etdirməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, “Lion” təcrübəli futbolçunun xidmətində maraqlıdır.

Fransa klubunun rəhbərliyi Lovren üçün “Zenit”ə 2 milyon avro ödəyəcək. Artıq tərəflər razılığa gəlib.

33 yaşlı müdafiəçi “Lion”la iki illik müqaviləyə qol çəkəcək.

​O, indiyə qədər "Dinamo"(Zaqreb), "İnter"(Zapreşiça), "Southempton, "Liverpul"da oynayıb. Lovren 2010-2013-cü illər arasında "Lion"un üzvü olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right