“Mançester Yunayted”də ayrılıq

Slovakiyalı qapıçı Martin Dubravka “Mançester Yunayted”dən ayrılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Dubravka 2022-ci ilin sentyabrında “Nyukasl”dan 2,3 milyon avroya icarəyə götürülmüşdü. Lakin “Nyukasl” onu geri qaytarmağa qərar verdiyi üçün, icarə müqaviləsinə xitam verilib.

Xatırladaq ki, Dubravka “qırmızı şeytanlar”ın heyətinə cəmi 2 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right