130 milyon avroluq razılıq

“Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandes “Çelsi”yə keçməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, bu barədə portuqaliyalı jurnalist Pedro Almeyda məlumat yayıb.

Onun sözlərinə görə, futbolçunun transferi “zadəganlar”a 130 milyon avroya başa gələcək. Londonlular belə qiymət etiketini iki səbəbə görə təklif ediblər: birincisi, oyunçu uğrunda mübarizədə qalib gəlmək, ikincisi, rahat ödəniş cədvəli əsasında razılaşmaq.

Xəbərdə qeyd olunub ki, argentinalı yarımmüdafiəçi artıq İngiltərənin paytaxtına köçməyə razılaşıb.

21 yaşlı Fernandes Argentina yığması ilə DÇ-2022-də qalib gəldikdən sonra Avropadan bir sıra təkliflər alıb. O, DÇ-də 7 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right