“Everton”un baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqasının 18-ci turunun “Mançester Siti ilə matçı haqda (1:1) fikirlərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, o, müdafiədə yaxşı oynadıqlarını deyib:
“Mançester Siti” ilə oynayanda nə gözlədiyini öncədən bilməlisən. Onları evlərində üzmək istədik. Düşünürəm ki, bunu çox yaxşı bacardıq. Müdafiədə çox gözəl oynadıq. Səfərdə heç-heçə etmək xüsusi hadisədir. Bir az da şansdır”.
MS hazırda turnir cədvəlində 36 xalla ikincidir. “Everton” isə 15 xalla 16-cı pillədə qərarlaşıb.