“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni karyerasını İngiltərədə davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, “Bornmut” amerikalı futbolçunun xidmətində maraqlıdır. Turin təmsilçisi futbolçu üçün ən az 40 milyon avro tələb edir.
Makkenni 2020-ci ildən “Yuventus”da çıxış edir. O, bu mövsüm “qoca sinyora”nın heyətində bütün turnirlər daxil olmaqla 22 matça çıxıb və 3 qol vurub. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
“Yuventus” hazırda İtaliya A Seriyasında 15 oyundan sonra 31 xalla üçüncüdür.