“O, italyandan daha çox parislidir” Kristof Qalte

PSJ-nin baş məşqçisi Kristof Qalte Marko Verrattinin klubla müqaviləsinin müddətinin artırılması ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, italiyalı futbolçu ilə çalışdığı üçün məmnun olduğunu dilə gətirib:

“Onunla yeni müqavilə imzaladığımız üçün şadam. Verratti kluba bağlılığını göstərməkdə davam edir. İndi o, italyandan daha çox parislidir. Biz onunla birlikdə işlədiyimiz üçün məmnunuq. Verratti uzun illərdir ki, öz mövqeyində dünyanın ən yaxşı oyunçularındandır”.

30 yaşlı Verratti PSJ ilə müqaviləsini 2026-cı ilin yayına qədər uzadıb. Əvvəlki müqaviləyə əsasən, futbolçunun klubla sözləşməsi 2024-cü ilin yayında başa çatacaqdı.

O, 2012-ci ildən Paris təmsilçisində çıxış edir. Verratti 10 mövsümdə 398 oyuna çıxıb, 11 qol vurub və 48 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right