“Real” onu bizə satdığı üçün şadam" Erik ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Kazemironun transferi ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, braziliyalı futbolçunun DÇ-2022-dəki çıxışı haqda da danışıb:

“Real” onu bizə satdığı üçün şadam. Onun oyununu DÇ-2022-də də izlədik. Kazemiro fantastik futbolçudur. Bizim yarımmüdafiəçiyə ehtiyacımız var idi və o, bu boşluğu doldurdu.

Mən “Mançester Yunayted”in adına çox sevincliyəm. Çünki Kazemiro, həqiqətən də, komandanın potensialını daha da artırır”.

30 yaşlı Kazemiro bu mövsüm “Mançester Yunayted”in heyətində 20 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right