“Oyun tərzimizdə düzəltməli olduğumuz çox şey var” Van Dayk

“Liverpul”un müdafiəçisi Vircil van Dayk Premyer Liqanın 18-ci turunun “Lester”lə oyunu (2:1) barədə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, Mersisayd təmsilçisinin oyun tərzi haqda fikir bildirib:

“Düşünürəm ki, bəzi məqamlarda çox pis oynadıq. Üç xal qazanmaq yaxşıdır. Qəribə səslənsə də, belə çətin matçlarda qazanılan qələbə vacib rol oynayır. Biz bacardıq. İndi bütün fikrimizi “Brentford”la oyuna yönəltməliyik.

Oyun tərzimizdə düzəltməli olduğumuz çox şey var. Bu gün kifayət qədər yaxşı oynamadığımızı bilirik. Daha da inkişaf edəcəyik”.

Bu matçdan sonra “Liverpul” 28 xalla 6-cı, “Lester” isə 17 xalla 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right