Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selest Arantes oğlunun ölümündən hələ də xəbərsizdir.

Newsport.az-ın məlumatına görə, bu barədə keçmiş forvardın bacısı danışıb. O, 100 yazlı anasının Pelenin ölümündən xəbərsiz olduğunu deyib:

“Biz danışırıq, amma onun vəziyyətdən xəbəri yoxdur. O, öz aləmindədir. Adını çəkib “Onun üçün dua etməliyik” deyəndə gözlərini açır. Amma əslində anam dəqiq nə demək istədiyimi başa düşmür”.

Qeyd edək ki, Pele 2 gün əvvəl 82 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right