Övladlarının təhsilinə görə Türkiyə klubundan ayrıldı

Türkiyənin "Sivasspor" klubu Dia Saba ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İsrailli futbolçu ailəvi səbəblərə görə Sivas klubundan ayrılıb. 31 yaşlı futbolçu övladlarının təhsil alması üçün Sivasda ingilisdilli məktəb olmadığı üçün bu qərarı verib.

Qeyd edək ki, "Sivasspor" Dia Sabanı mövsümün əvvəlində transfer etmişdi. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 20 matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right