Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubuna transfer olan Kriştiano Ronaldo açıqlama verib.
Newsport.az-ın məlumatına görə, ulduz futbolçu Asiya təmsilçisinə keçdiyinə görə xoşbəxt olduğunu deyib:
“Özümü yeni liqada, başqa ölkədə sınamağı səbirsizliklə gözləyirəm. “Əl-Nəsr”in baxışı məni çox ruhlandırır. Yeni tərəfdaşlarımın sırasına qoşulduğum üçün xoşbəxtəm. Biz birlikdə komandaya yeni uğurlar qazanmağa kömək edə biləcəyik”
Qeyd edək ki, Ronaldo “Əl-Nəssr”lə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.