Yuxuya görə iclasa gecikdi, baş məşqçi cəzalandırdı

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Markus Reşfordu cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, niderlandlı mütəxəssis ingiltərəli hücumçunu Premyer Liqanın 17-ci turunun "Vulverhempton"la matçının (1:0) əsas heyətinə daxil etməyib.

İkinci hissədə meydana daxil olaraq komandasına qələbə qazandıran 25 yaşlı forvard oyundan sonra açıqlama verib. O, iclasa gecikdiyinə görə cəzalandırıldığını deyib: 

"Yuxuya getdim və oyunöncəsi iclası buraxdım. Bir az gecikdim. Bu, komandanın qaydalarıdır və mən qərarı başa düşürəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right