İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Əndəlus təmsilçisi "Renn"dən Loik Badeni transfer edib. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. "Sevilya" 22 yaşlı mərkəz müdafiəçisini satınalma maddəsi ilə icarəyə götürüb.
Qeyd edək ki, Loik Bade mövsümün ilk yarısını icarə əsasında "Nottingem Forest"də keçirib.