“Mançester Siti” Argentinadan daha bir istedad tapdı

“Mançester Siti” argentinalı istedadı heyətinə qatacaq. “Şəhərlilər” Maksimo Perrone ilə müqavilə bağlamağa yaxındır.

Newsport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 8 milyon avroya transfer ediləcək. “Veles Sarsfild”lə danışıqlar yekunlaşıb, tezliklə rəsmi müqavilə bağlanacaq. Argentina klubu oyunçunu yaya kimi heyətində saxlayıb sonra buraxmağa çalışır.

Qışda transfer etməyəcəyini açıqlayan “şəhərlilər” Perroneni gələcək üçün seçib. Onlar istedadlı futbolçunu itirmək istəmir, alan kimi icarəyə verəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right