Tanınmış qolkiper altıncı dəfə DÇ-da iştirak etmək istəyir

Meksika millisinin qapıçı Gilyermo Oçoa “Salernitana”ya keçidi barədə danışıb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı qapıçı dünya çempionatında oynamaq istədiyini bildirib:

"İtaliya A Seriyasında oynamaq fürsəti yarananda "yox" deyə bilmədim. İdman direktoru mənə "Salernitana" layihəsinin orta və uzunmüddətli perspektivdə nə olduğunu izah etdi. Mən də, dərhal razılıq verdim. Karyeramı başqa ölkələrdə və çempionatlarda davam etdirməklə bağlı başqa təkliflərim də var idi. Bir vaxtlar top klubla mühüm macəraya başlamağıma mane olan bürokratik maneələr yaranmışdı. Amma bu məni sındırmadı və karyeram boyunca həmişə nümunə olmağa çalışmışam xüsusən də gənc oyunçular üçün. İndi hansı anı keçirməyimdən asılı olmayaraq, müsbət və ya mənfi, peşəkar olaraq qalmalıyam. Məhz bu xüsusiyyətlərimə görə altıncı dünya çempionatımda oynayacağıma ümid edirəm".


​Təcrübəli qapıçı “Amerika”, “San Luis”, “Ayaçço”, “Malaqa”, “Qranada”, “Standart” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right