Kadi Borgesin əvəzinə argentinalı

"Qarabağ"ın futbolçusu Kadi Borgesi transfer etmək istəyən "Krasnodar" daha bir futbolçu ilə danışıqlara start verib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi braziliyalı ilə eyni mövqedə çıxış edən "Aris"in yarımmüdafiəçisi Daniel Mançini ilə maraqlanır.

Ruslar argentinalı üçün Saloniki klubuna 2,5 milyon avro ödəməyə hazırdır. Futbolçunun özünə isə illik 1 milyon avro maaş veriləcək. Yunanlar Mançinini "Krasnodar"a satmağa hazır olsa da, futbolçu özü Rusiyaya yollanmağa müsbət yanaşmır.

Klub paralel olaraq həm Kadi, həm də Daniellə danışıq aparır. Kadi ilə bağlı məsələ öz həllini tapmayacağı təqdirdə, argentinalının transferi an məsələsi olacaq.

​26 yaşlı “Nyuels Old Boys”, “Bordo”, “Tur”, “Oser”də çıxış etdikdən sonra 2019-cu ildə “Aris”ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right