"Mançester Siti"nin qapıçısı rekorda imza atdı

Ederson Premyer Liqada rekorda imza atıb.

Newsport.az xəbər verir ki, "Mançester Siti"nin qapıçısı Premyer Liqanın 17-ci turunda "Lids"lə qarşılaşmada (3:1) Premyer Liqada sayca 150-ci qələbəsini qazanıb. 

Bu göstəriciyə çatmaq üçün ona 197 matç lazım olub. 

Ederson Premyer Liqada 200-dən az oyunda 150 qələbə qazanan ilk oyunçu kimi tarixə keçib.

Bundan əvvəl rekord 213 matçda 150 qələbə qazanmış "Mançester Yunayted"in keçmiş müdafiəçisi Patris Evraya məxsus idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right