İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, London təmsilçisi "Molde"nin hücumçusu David Datro Fofananı transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
20 yaşlı hücumçu 2023-cü ilin iyul ayında komandaya qoşulacaq. "Çelsi"nin Fil Dişi Sahilindən olan forvard üçün 12 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, "Molde" David Datro Fofananı 2019-cu ilin fevralında "Abidjan Siti" klubundan transfer edib. Gənc futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.