"Çelsi"nin müdafiəçisi yenə zədələndi: 1 ay oynamayacaq

İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, London təmsilçisinin müdafiəçisi Ris Ceyms sıradan çıxıb. 23 yaşlı futbolçu Premyer Liqanın "Bornmut"la matçında (2:0) zədələnərək meydanı tərk edib.

"Çelsi" ingiltərəli sağ cinah müdafiəçisinin durumu haqda açıqlama paylaşıb. Dizindən zədə alan oyunçu bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ris Ceyms zədə səbəbindən Qətərdə keçirilən dünya çempionatında iştirak edə bilməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right