“Everton”un baş məşqçisi Frank Lempard yeni transferlər istəyir. “Vulverhempton”a 1:2 hesablı məğlubiyyətdən sonra o, güclənməyə ehtiyaclarının olduğunu deyib.
Newsport.az xəbər verir ki, Lempard məğlubiyyətlərin sakitliklərini pozduğunu söyləyib: “Uduzduqca məyus olur və həyəcanlanırıq. Bu, ciddi problemdir. Təcili güclənməyə ehtiyacımız var”.
Maraqlıdır ki, Lempard komandasının oyunundan razıdır: “Uduzsaq da, yaxşı oynadıq. Meydanda “Vulverhempton”dan çox üstün idik. Oyuna nəzarət etdik, top daim bizdə idi, təhlükəli epizodlar yaradırdıq. Amma qol vura bilməyəndə məğlubiyyətlə barışmağa məcbursan”.