Azərbaycan yığmasından göndərilən məşqçi özünə yeni iş yeri tapdı

Azərbaycanın U-19 yığmasının sabiq baş məşqçisi Miloş Velebit özünə yeni iş yeri tapıb.

Newsport.az-ın məlumatına görə, serbiyalı mütəxəssis Asiyada çalışacaq.

Daha dəqiq desək, Velebit Tayland Futbol Federasiyası ilə anlaşıb.

Bu barədə Velebit saytımıza özü məlumat verib. 

Miloş Taylandın U-18 yığmasını çalışdıracaq.

Xatırladaq ki, AFFA U-19 yığmamıza başçılıq etmiş serbiyalı ilə müqavilə müddətini artırmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right