Argentina millisinin baş məşqçi postunda dəyişiklik edilməyəcək.
Newsport.az-ın məlumatına görə, Lionel Skaloni yığmanı çalışdırmağa davam edəcək.
Bunu Argentina Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapia bildirib.
O, yerli mətbuata açıqlamasında belə danışıb: "Skaloni Argentina millisinin baş məşqçisidir.
Biz ikimiz də sözümüzün üstündə dayanan adamlarıq. Biz şifahi razılaşdıq”.