"Beşiktaş"ın müdafiəçisi İtaliyada oynaya bilər

Türkiyənin "Beşiktaş" klubu qış transfer pəncərəsi zamanı Valentin Rozyerlə vidalaşa bilər.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı sol cinah müdafiəçisinin karyerasını İtaliyada davam etdirəcəyi gözlənilir. İtaliya mətbuatının yazdığına görə, "Montsa" fransalı futbolçunu transfer etmək istəyir. A Seriyası təmsilçisi İstanbul klubuna rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, "Beşiktaş" Valentin Rozyeri bu ilin yayında "Sportinq"dən 4 milyon avro qarşılığında transfer edib. O, cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 15 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right