Niderland millisinin üzvü paytaxt klubundan ayrıldı

Niderlandın "Ayaks" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, Amsterdam təmsilçisi Deyli Blindlə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı sağ cinah müdafiəçisinin başa çatan müqavilə yenilənməyib. O, Belçikanın "Antverpen" klubu ilə anlaşıb.

Deyli Blind "Ayaks"ın yetirməsidir. O, 2018-ci ildə "Mançester Yunayted"dən Amsterdam klubuna qayıtmışdı. Niderland millisinin üzvü müxtəlif illərdə komandanın heyətində meydana çıxdığı 333 rəsmi matçda 13 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right