Rusiya Futbol Federasiyası Asiya Futbol Konfederasiyasına mümkün keçidlə bağlı səsverməni təxirə salıb.
Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib: “RFU UEFA-dan ayrılmaq və AFC-yə keçmək məsələsi ilə bağlı icraiyyə komitəsinin səsverməsini təxirə salmaq qərarına gəlib. Təxirə salınma Rusiyanın AFC-yə potensial keçidi ilə əlaqədar əlavə məsləhətləşmələrə ehtiyacla bağlıdır. Səsvermənin 2022-ci il dekabrın 31-dən əvvəl keçirilməsi planlaşdırılır”.
Qeyd edək ki, UEFA və FİFA fevralın 28-də Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsinə görə ölkənin klub və yığma komandalarını beynəlxalq yarışlardan kənarlaşdırıb. Bir müddət əvvl isə Rusiya UEFA-dan ayrılmaq və Asiya Futbol Konfederasiyasına qoşulmaq qərarını müzakirəyə çıxarıb.