“Əl-Nəsr”in prezidenti Masli Əl-Muamr Kriştianu Ronaldo ilə maraqlandıqlarını təkzib edib. O, bu barədə düşünmədiklərini deyib.
Səudiyyə Ərəbistanı klubunun rəsmisi mətbuatda yazılanları doğru olmadığını bildirib: “Kriştianu Ronaldo? “Əl-Nəsr”in belə bir planı yoxdur. Mətbuatda yazılanların böyük əksəriyyəti doğru deyil”.
Bu açıqlamanın klub prezidenti tərəfindən verilməsi çox qəribədir. Çünki bir aydır bu mövzu müzakirə olunur. Hətta “Əl-Nəsr”in digər rəsmiləri danışıqların davam etdiyini, cavab gözlədiklərini bildirmişdilər. Görünür, keçid alınmadığından Əl-Muamr imiclərinə kölgə düşməməsi üçün belə danışır.
Xatırladaq ki, “Əl-Nəsr”in Ronaldoya 2,5 illik müqavilə təklif etdiyi, oyunçunun bu müddətdə yarım milyard avro maaş alacağı yazılırdı.