Rusiya millisində iki azərbaycanlı

21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, sentyabrda iki oyun keçirəcək komandanın heyətinə 23 futbolçu cəlb olunub.
 
Baş məşqçi postuna bir neçə gün əvvəl təyin olunan Dmitri Xomuxanın ilk dəvət göndərdiyi futbolçular arasında iki azərbaycanlı da var. Belə ki, Moskva "Spartak"ından Ayaz Quliyevlə "Zenit"in "Rubin"ə icarəyə verdiyi Ramil Şeydayev Rusiya millisinə dəvət alıb. 
 
Qeyd edək ki, Rusiya yığması sentyabrın 4-də Finlandiya, 8-də isə səfərdə Avstriya qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right