İspaniya millisinin sabiq üzvü Premyer Liqa klubuna doğru

"Sevilya"dan ayrılan İsko "Vulverhempton"a keçə bilər.

Newsport.az "AS" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu İngiltərə klubunun rəsmiləri ilə danışıqlar aparır.

"Sevilya"dan ayrıldıqdan sonra azad agent statusuna malik olan 30 yaşlı futbolçuya "Qalatasaray"da maraq göstərir. 

Xatırladaq ki, “Vulverhempton” ötən gün “Atletiko”nun sabiq forvardı Mateus Kunya ilə müqavilə imzalayıb.

​İspaniya millisinin sabiq üzvü "Valensiya", "Malaqa", "Real"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right