Turin klubu Xorvatiya millisinin hücumçusunu istəyir

Xorvatiya milli komandasının və “Hoffenhaym”ın hücumçusu Andrey Kramariç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Newsport.az "TorinoGranata"ya istinadən xəbər verir ki, "Torino" xorvat üçün hərəkətə keçib.

Tərəflər şəxsi müqavilə ilə bağlı razılığa gələ bilmirlər. “Hoffenhaym”da Kramariçin maaşı illik 4 milyon avrodur.

“Dinamo” (Zaqreb) yetirməsi olan 31 yaşlı forvard “Lokomotiva”(Zaqreb), “Riyeka”, “Lester”də oynadıqdan sonra 2016-cı ildə “Hoffenhaym”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right