Mourinyo Portuqaliya millisindən imtina etdi

“Roma”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisindən imtina edib. Təcrübəli mütəxəssis klubla davam edən müqaviləsini əsas gətirərək həmyerlilərinə “yox” deyib.

Newsport.az xəbər verir ki, bu imtinadan sonra Portuqaliya Futbol Federasiyası namizədlər siyahısını yenidən tərtib etməli olacaq. Hələlik Luis Enrike və Zinəddin Zidanla danışıq aparmağ planlayan qurum, Mourinyonun imtinasından sonra suyahını genişlədə bilər.

“Roma” ilə ilyarımlıq müqaviləsi qalan Mourinyoya bu mövsümün sonunadək iki işdə paralel işləmək təklif olunmuşdu. Amma məşqçi bu variantla da razılaşmayıb.

Xatırladaq ki, DÇ-2022-dən sonra Fernandu Santuş istefaya göndərilib. Onun xələfi tezliklə bəlli olmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right