"Bavariya"dan çətin qələbə, "Şalke"dən xal itkisi

Almaniya bundesliqasında 2-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə altı qarşılaşma keçirilib.

"Bavariya"  səfərdə "Hoffenhaym"la üz-üzə gəlib. Qarşılaşmanın 1-ci dəqiqəsində 0:1 hesabı ilə geri düşən Münhen klubu qalan dəqiqələrdə iki  cavabsız qol vuraraq qələbə qazanmağı bacarıb.

"Hamburq" isə doğma meydanda  "Bayer"i (Leverkuzen) qəbul edib. Oyun qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

"Şalke" - "Darmştadt" görüşündə qalib müəyyənləşməyib -1:1.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

22 avqust

Almaniya bundesliqası, ikinci tur

"Ayntraxt" - "Aysburq" - 1:1
Qollar:
 Kaubi, 24 (0:1), Marko Russ, 86 (1:1)

"Köln" - "Volfsburq" - 1:1
Qollar:
 Zoller, 30 (1:0), Bendtner, 83 (1:1)

"Hannover" - "Bayer" (Leverkuzen) - 0:1
Qol
: Hakan Çalhanoğlu, 18 (0:1)

"Hoffenhaym" - "Bavariya" - 1:2
Qollar:
 Volland, 1 (1:0), Tomas Müller, 41 (1:1), Robert Levandovski, 90 (1:2)
Qırmızı vərəqə: Jerom Boatenq, 73 ("Bavariya")

"Şalke" - "Darmştadt" - 1:1
Qollar:
 Rausç, 9 (0:1), Draksler, 68 (1:1)

21:30. "Hamburq" - "Ştutqart"

23 avqust

"İngolştadt" - "Borussiya" (Dortmund)
"Borussiya" (Münhenqladbax) - "Maynz"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right