Mikel Arteta: “Transfer xatirinə transfer etmək olmaz”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta mümkün yeni transferlərdən danışıb. O, yanvarda yeni simalarla güclənəcəklərini deyib.

Newsport.az xəbər verir ki, ispan məşqçi komandaya fayda verəcək oyunçular istəyir: “Yayda olduğu kimi yanvarda da yeni futbolçularla müqavilə bağlamaq istəyirik. Amma bizə uyğun olmayan futbolçuların transferlərindən qaçmalıyıq. Komandaya fayda verən futbolçulara ehtiyacımız var. Elə oyunçular gətirməliyik ki, xeyrini görək. Transfer xatirinə transfer etmək olmaz. Bu məsələdə rəhbərliklə həmfikirik və çox yaxşı münasibətdəyik”.

Arteta Eddi Niketiadan da bəhs edib: “Bu futbolçuya hər gün daha çox güvənirəm. İnsan kimi çox əladır. Hər gün daha da inkişaf edir, özünü komandaya uyğunlaşdırır. Tələblərimizə tam cavab verir, bu üzdən onunla müqavilə bağladıq. Açar oyunçularımızdan biridir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right