“Atletiko” büdcə kəsirini Karraskonu satmaqla bağlayacaq

“Atletiko”nun daha bir oyunçusu İngiltərəyə yollana bilər. “Vulverhempton”a keçən Mateus Kunyanın ardınca İndi də Yannik Ferreyrra Karrasko Madridi tərk etmək istəyir.

Newsport.az xəbər verir ki, “Nyukasl” və “Tottenhem” Belçika millisinin üzvünün transferində maraqlıdır. Madridlilər isə maliyyə problemlərinin həlli üçün cinah yarımmüdafiəçisini yaxşı qiymətə satmağın əleyhinə deyil.

İspaniya klubu Çempionlar Liqasında uğursuzluğa düşar olduqdan sonra büdcəsində 30-40 milyon avro civarında kəsir yaranıb. Bu problemi aradan qaldırmaq üçün Karraskonun satışı kifayət edəcək. İngiltərə klublarından 40 milyon avro təklif edən futbolçuya sahib çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right